Bu gün Şamaxı-Muğanlı-İsmayıllı yolunda avtomobil qəzası baş verib.
"AzPolitika" oxu.az-a istinadla xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi Elvin Hacıyev bildirib ki, yol-nəqliyyat hadisəsi bu gün səhər saat 11-də Muğanlı-İsmayıllı yolunun 4-cü kilometrliyində baş verib.
"Pəncalı Hacıağa oğlu Hacızadə 77-CD-175 dövlət qeydiyyat nişanlı "Mercedes Atego" markalı yük avtomobilinə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun kənarına aşıb. Heç bir xəsarət yoxdur", - deyə E.Hacıyev bildirib.

Şərhlər