Şimali Koreya hesab edir ki, ABŞ-ın yeni nüvə strategiyası dünyada yeni silahlanma yarışına səbəb olacaq.
"AzPolitika" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Şimali Koreyanın Xarici İşlər Nazirliyi ABŞ-nin yeni nüvə doktrinasını ciddi təhlükə kimi qiymətləndirib.
“ABŞ-nin yeni nüvə doktrinası dünyada nüvə balansını pozduğu, nüvə silahları yarışını daha da kəskinləşdirdiyi və qlobal təhlükəsizlik vəziyyətini nüvə müharibəsi həddinə yaxınlaşdırdığı üçün ciddi və təhlükəli amildir”, – deyə nazirliyin bəyanatında bildirilib.
KXDR həmçinin ABŞ və Cənubi Koreyanın yay aylarında keçirməyi planlaşdırdığı hərbi təlimləri pisləyib və özünümüdafiə hüququndan istifadə edəcəyinə söz verib. Şimali Koreyanın Xarici İşlər Nazirliyi ölkənin düşmən dövlətlər tərəfindən yaradılan ciddi qarşıdurma vəziyyətinə dözməyəcəyini vurğulayıb.
Qeyd edək ki, ABŞ və Cənubi Koreya qoşunlarının Şimali Koreyadan gələn təhdidlərə qarşı hazırlığı gücləndirmək məqsədilə gələn həftə illik hərbi təlimlərə başlayacağı bildirilib. Təlimlərin Şimali Koreyanın Ukrayna Silahlı Qüvvələri ilə döyüş təcrübəsi də nəzərə alınmaqla keçiriləcəyi qeyd olunub.
“Ulchi Freedom Shield” adlı hərbi təlimlər gələn bazar ertəsi başlayacaq və 11 gün davam edəcək.

Şərhlər