Menu

"ŞƏHƏRLƏRİ BOŞALDIN....” - Putinin ideoloqundan nüvə müharibəsi xəbərdarlığı

14.08.2026, 20:29
"ŞƏHƏRLƏRİ BOŞALDIN....” - Putinin ideoloqundan nüvə müharibəsi xəbərdarlığı

“Putinin filosofu” və “Rus dünyası”nın əsas ideoloqu olan Aleksandr Duqin yeni sensasiyalı iddialarla çıxış edib.

“AzPolitika” xəbər verir ki, Duqinin Rusiya mediasında dərc edilən yeni açıqlamasında Qərblə nüvə müharibəsinin qaçılmaz olduğu və Rusiyanın Moskva və Sankt-Peterburq kimi iri şəhərlərinin yoxa çıxacağı iddia olunur.

Onun dediyinə görə, Qərblə yaxınlaşan nüvə müharibəsi səbəbindən Rusiya vətəndaşları əhalisi bir milyondan çox olan böyük şəhərlərdən kəndlərə köçürülməlidir.

Qərb mediasının “Putinin müəllimi” adlandırdığı Duqin hesab edir ki, Qərb ölkələri ilə müharibə sadəcə ehtimal olunan deyil, həm də qaçılmazdır və onun nüvə müharibəsinə çevrilməsi ehtimalı olduqca yüksəkdir.

"Bütün həyatın, bütün sənayenin və bütün iqtisadiyyatın cəmləşdiyi Rusiya meqapolisləri dəqiq zərbələr üçün uyğun hədəfə çevrilir. Buna görə də şəhərlərin, xüsusən də meqapolislərin dərhal və kütləvi şəkildə köçürülməsi zəruridir" – Duqin bildirir.

Onun sözlərinə görə, kəndlərə köçən və öz torpaqlarına sahib olan insanların "şəhərlərdə yaşayanlardan müqayisə olunmaz dərəcədə çox uşağı olacaq".

"Böyük şəhərlər olmayacaq: Moskva, Sankt-Peterburq, Yekaterinburq olmayacaq. İnsanlar dinc yaşamaq üçün torpağa gedəcəklər. Hündürmərtəbəli binalar isə məsələn, Bitcoin hasilatı üçün fermalara çevrilə bilər. Qoy kompüterlər orada yaşasın, robotlar orada yaşasın" – Duqin hesab edir.

“Rus dünyası”nın simvoluna çevrilən Duqin daha əvvəl rusları hüquq-mühafizə orqanlarının əməkdaşlarına (Daxili İşlər Nazirliyi, FSB və Rusiya Milli Qvardiyası) "Tanrının elçiləri" kimi yanaşmağa çağırmışdı. O, Qərbdə hazırlanmış məişət cihazlarının, o cümlədən qəhvə maşınları və hətta elektrik rozetkalarının ruslara qarşı casusluq etdiyini iddia etmişdi. Eləcə də Rusiyanın Ukraynaya "Oreşnik" raket zərbələrindən sonra dünyanın sonunun yaxınlaşması səbəbindən hər kəsi təcili olaraq "xaç çəkməyə" çağırmışdı.

2026-cı ilin mart ayında Dugin rusiyalılar üzərində dövlət nəzarətinin artırılmasının vacib olduğunu bildirərək, insanların əzaba qatlanmalı olduğunu demişdi: 

"Biz ruslar tarix boyu həmişə əziyyət çəkmişik. Bizim taleyimiz belədir. Biz böyük xalqıq və əgər kiməsə qarşı haqsızlıq etmişiksə, bu, yalnız barışıq və şöhrət üçündür".

İyul ayında Duqin sakit həyat yaşayan moskvalıları cəbhəyə səfərbər etməyi təklif edib və onları "qarışqalar" adlandırıb. Onun dediyinə görə, Rusiya Qərbə qarşı "müqəddəs xalq müharibəsi" aparır və bu, "bəşəriyyətin sonu ilə bitə bilər".

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Roma 2026-08-14 23:48:21

Dünyanın təbii sərvətlərinin ən azından 30-40%-i, sahəsi qurunun 1/9 qədər, intəhası əhalisinin yaşayışı, dövlətin inkişafı və s. inkişafdan xeyli geridə qalan Rusiya...şovinizm, qəzəb, xüsusilə qonşulara qarşı aqressiya və eləcə də onların inkişafını əngəlləmək... bax budur Rusiyanın iç üzü...

Eli 2026-08-14 15:45:11

Bu "Filosovun" ağlı ve derrakesine baxın görün ne deyir:"Eger biz kimese qarşa haqsızluq etmişikse bu barışuq ve şöhret üçündür"Eyni Putin ağıldadır.Bunu qatasan şüa verilen bir otağa ölene kimi yavaş yavaş Şüa veresen ve rez tez de soruşasan ki ay alkaş millionlara arzuladığın hal necedir,Bu milletde heqiqeten ağıl zeifliyi var..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol