Dünən şəhid Milli Qəhrəman Şükür Həmidovun qızı Əzizə Həmidovanın toyu olub.
Toyda generallar, dövlət məmurları, tanınmış ictimai şəxslər iştirak ediblər.
Müdafiə nazirinin birinci müavini, Ordunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Aprel döyüşləri və Vətən müharibəsinin komandanlarından olan general-leytenant Mayis Bərxudarov, Abşeron RİH başçısı Abidin Fərzəliyev və digərləri toyda rəqs ediblər.
Həmin görüntüləri “Qafqazinfo”ya istinad'n təqdim edirik:
Milli Qəhrəman, şəhid Şükür Həmidovun qızı Əzizə xanım Nicat adlı bəylə ailə qurur.
Qeyd edək ki, Şükür Həmidov Aprel döyüşlərində “Lələtəpə”nin alınması uğrunda gedən döyüşlərdə şücaət göstərib.
Prezident İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına (sağlığında) layiq görülüb.
Şükür Həmidov Vətən Müharibəsində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Şərhlər