“The Wall Street Journal” qəzeti İran hakimiyyətinin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) ABŞ ilə mümkün daha geniş qarşıdurmaya hazırladığını yazıb.

Qəzet İran və ərəb rəsmilərinə istinadən bildirir ki, Tehran ABŞ ilə aparılan danışıqları gərginliyin azaldılması üçün deyil, Vaşinqtona və onun müttəfiqlərinə təzyiqi artırmaq və daha geniş qarşıdurmaya hazırlaşmaq üçün fürsət kimi qiymətləndirir.

Məlumata görə, son iki ayda İran SEPAH-ın ölkənin hərbi strukturları üzərində nəzarətini gücləndirib, yeni komandirlər təyin edib, raket və pilotsuz uçuş aparatlarının istehsalını artırıb, həmçinin daxili əks-kəşfiyyat şəbəkəsini genişləndirib.

“Wall Street Journal”ın yazdığına görə, danışıqlar davam etdiyi müddətdə SEPAH İraq, Yəmən və Livana hərbi məsləhətçilər göndərir və İranın müttəfiq silahlı qrupların fəaliyyətlərini əlaqələndirir. 

"AzPolitika.info"