Avqustun 17-də Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyası "Yabloko" partiyasının federal siyahısının parlament seçkilərindən (Dövlət Dumasına) kənarlaşdırılması barədə qərardan verilən şikayəti araşdırır.

Xatırladaq ki, avqustun 10-da Ali Məhkəmə hakimiyyətyönümlü "Rodina" partiyasının iddiası əsasında Rusiyada açıq şəkildə müharibə əleyhinə şüarlarla çıxış edən yeganə leqal siyasi qüvvə olan "Yabloko"nun qeydiyyatını ləğv etmişdi.

Proses fonunda Ali Məhkəmə binasının qarşısında onlarla tərəfdar toplaşıb, polis tərəfindən saxlanılanların olduğu bildirilir. Binanın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, iclasın açıq elan olunmasına baxmayaraq, dinləyicilərin və geniş ictimaiyyətin zala buraxılmadığı, yalnız tərəflər və jurnalistlərin iştirakına icazə verildiyi qeyd olunur.

İlkin qərarda "Yabloko" guya xaricdən maliyyələşmədə (partiya cəmi 16 900 rubl məbləğində vəsistin alındığını və dərhal geri qaytarıldığını bildirir), qadağan olunmuş sosial şəbəkələrdə təşviqat aparmaqda və müəllif hüquqlarını pozmaqda (məsələn, sovet dövrünə aid "Пусть всегда будет солнце" mahnısının sözlərindən istifadə edilməsi) ittiham olunmuşdu. Partiya rəhbərliyi bu iddiaların tamamilə absurddur və siyasi sifariş xarakterlidir.

Müşahidəçilər və müstəqil KİV-lər qeyd edirlər ki, qərarın arxasında partiyanın qeydiyyatdan keçdikdən sonra antişüarlar və sülh çağırışları fonunda gözlənilməz seçici dəstəyi qazanması və 5 faizlik baryeri keçmək təhlükəsi yaratması durur.

Apellyasiya instansiyasının qərarının yaxın saatlarda elan olunacağı gözlənilir.

"AzPolitika.info"