Moskva və ətrafında son iki ilin ən böyük pilotsuz uçuş aparatı (PUA) hücumlarından biri baş verib. Hücum nəticəsində paytaxt istiqamətində uçan yüzlərlə PUA-nın qarşısının alındığı bildirilir.
“AzPolitika”nın TASS-a istinadən verdiyi məlumata görə, Moskva meri Sergey Sobyanin avqustun 17-si axşam saatlarından avqustun 18-i səhərədək şəhər və vilayət istiqamətində 620 PUA-nın qeydə alındığını açıqlayıb. Onun sözlərinə görə, dronlardan 180-i Moskva vilayəti ərazisində zərərsizləşdirilib.
Hücumlar nəticəsində Moskva vilayətində azı üç nəfərin xəsarət aldığı bildirilir. Yaralananlar arasında 10 yaşlı uşağın da olduğu qeyd edilir. PUA hücumları nəticəsində bölgədə bəzi obyektlərə ziyan dəydiyi, Boqorodsk dairəsində yerləşən “Wildberries” şirkətinə məxsus anbarda isə yanğın baş verdiyi məlumatı yayılıb.
Pavlovski Posadda fərdi yaşayış evi tamamilə yanıb. Çoxmərtəbəli binanın damında yanğın baş verib, sakinlər təxliyə olunub. Küçələrdən birində daha bir binada yanğın olub.
Boqorodsk və Noqinsk isə iki fərdi ev zərər görüb, Noqinskdə qonaq evi yanıb. Kolomna və digər ərazilərə gəlincə, "Qlobus" ticarət mərkəzi yaxınlığında ticarət pavilyonu yanıb, mağaza və yaşayış evinin şüşələri sınb. Kotelnikidə tikilməkdə olan kompleksdə materiallar yanıb, Elektrostalda isə avtomobil və transformator yarımstansiyası zədələnib.
Elektrik təsərrüfatına dəyən zərər səbəbindən Likino-Dulyovo və Orexovo-Zuyevoda 109 transformator yarımstansiyası enerjisiz qalıb. Nəticədə 5 mindən çox abonent və 46 sosial obyekt işıqsız qalıb. Ərazidə xüsusi iş rejimi tətbiq olunub.
Dron hücumlarının miqyası yalnız Moskva ilə məhdudlaşmayıb. Rostov vilayətinin qubernatoru Yuri Slyusarın açıqlamasına əsasən, regionun yeddi rayonunda 80-dən çox PUA məhv edilib.
Beləliklə, Rusiyanın bir neçə regionunu əhatə edən hücumlar gecə saatları ərzində geniş coğrafiyada hava hücumundan müdafiə sistemlərinin fəaliyyətə keçməsinə səbəb olub. Moskva istiqamətində qeydə alınan PUA-ların sayı isə hücumun miqyasının kifayət qədər böyük olduğunu göstərir.
***
Hava Hücumundan Müdafiə qüvvələri Moskvaya doğru uçan 10 pilotsuz uçuş aparatını (PUA) vurub.
Rusiya mediası xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin bildirib.
Onun sözlərinə görə, dron qalıqlarının düşdüyü yerdə fövqəladə hallar üzrə xidmətlər işləyir. Xəsarət alanlar barədə məlumat yoxdur.
Günün əvvəlindən Moskvaya yaxınlaşarkən vurulan dronların ümumi sayı 103-ə çatıb. Moskva vilayətində PUA hücumu zamanı çoxmənzilli bina və "Wildberries"in anbarı yanıb. Üç nəfər xəsarət alıb.


Şərhlər