Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Rusiyanı tərk edən vətəndaşların seçkilərdə iştirakının qadağan edilməli olduğunu bildirib.
“AzPolitika” xəbər verir ki, E.Pamfilova bunu "Komsomolskaya Pravda"ya müsahibəsində deyib.
MSK sədri "xarici agent" elan olunan rusiyalıların seçkilərdə iştirakı və Rusiya hakimiyyəti tərəfindən "qeyr-dost " elan olunan ölkələrdə səsvermənin təşkili barədə danışıb.
"Mən hesab edirəm ki, ölkədən getmisənsə, xəyanət etmisən – rədd ol! Amma bu mənim mövqeyimdir… Bilirsiniz, yeni deputatlar gələcək, qoy onlar qanunvericiliyi dəyişdirsinlər", - deyə Pamfilova bildirib.
O, həmçinin hesab edir ki, Rusiya hüquq-mühafizə orqanlarının gələcəkdə səsvermə hüququndan məhrum ediləcək rusiyalıların kateqoriyalarını müəyyən etmək üçün kifayət qədər gücü var.
Pamfilovanın açıqlaması müharibə əleyhinə olan yeganə partiyanın – “Yabloko”nun seçkidən kənarlaşdırılması fonunda baş verib. 17 avqustda Ali Məhkəmə “Yabloko”nun apelyasiyasını rədd etdi və onun federal siyahıdan çıxarılması qərarını qüvvədə saxladı. 18 avqustda Mərkəzi Seçki Komissiyası “Yabloko”nu federal seçki bülletenindən çıxardı.
Xatırladaq ki, Doqquzuncu çağırış Dövlət Dumasına seçkilər 2026-cı il sentyabrın 18-20-də keçiriləcək.
“AzPolitika.info”

Şərhlər