Həyat keyfiyyətinin ən yüksək olduğu 50 ölkənin siyahısı məlum olub.
"AzPolitika" xəbər verir ki, ən yüksək göstərici Finlandiyada qeydə alınıb – 91,6. Niderland 91,2 balla ikinci, Danimarka isə 89,8 balla üçüncü sırada qərarlaşıb.
Siyahıda Azərbaycan 33,5 indekslə aşağı pillələrdə yer alır. Müqayisə üçün, Türkiyənin göstəricisi 43,0, Gürcüstanın 43,7, Ermənistanın 49,4, İranın isə 14,8-dir. Azərbaycan bu göstəriciyə görə Türkiyə, Gürcüstan və Ermənistandan geri, İrandan isə öndədir.
Avropa ölkələri arasında da ciddi fərqlər görünür. Finlandiya, Niderland və Danimarka ilk üçlükdə olduğu halda, Polşa 63,9, İtaliya 61,1, Yunanıstan 50,1, Bolqarıstan 62,7, Rumıniya isə 56,1 indeksə malikdir.
İndeks üzrə ilk 10-luqda əsasən Şimali və Qərbi Avropa ölkələri üstünlük təşkil edir. Finlandiyadan sonra Niderland, Danimarka, Oman, Avstriya, Qətər, Estoniya, Norveç, Lüksemburq və Almaniya gəlir.
Tam siyahını təqdim edirik:
| № | Ölkə | İndeks |
|---|---|---|
| 1 | Finlandiya | 91,6 |
| 2 | Niderland | 91,2 |
| 3 | Danimarka | 89,8 |
| 4 | Oman | 88,1 |
| 5 | Avstriya | 85,1 |
| 6 | Qətər | 85,0 |
| 7 | Estoniya | 84,4 |
| 8 | Norveç | 84,0 |
| 9 | Lüksemburq | 84,0 |
| 10 | Almaniya | 83,6 |
| 11 | İslandiya | 83,3 |
| 12 | İsveçrə | 83,2 |
| 13 | İsveç | 78,2 |
| 14 | Litva | 78,0 |
| 15 | Sloveniya | 77,1 |
| 16 | İspaniya | 77,0 |
| 17 | Yaponiya | 76,3 |
| 18 | Çexiya | 75,5 |
| 19 | Xorvatiya | 74,3 |
| 20 | BƏƏ | 74,0 |
| 21 | ABŞ | 70,5 |
| 22 | Latviya | 69,5 |
| 23 | Səudiyyə Ərəbistanı | 69,0 |
| 24 | Belçika | 68,8 |
| 25 | Yeni Zelandiya | 68,8 |
| 26 | Avstraliya | 68,4 |
| 27 | Tayvan | 68,2 |
| 28 | Kanada | 67,9 |
| 29 | Böyük Britaniya | 67,5 |
| 30 | Portuqaliya | 66,9 |
| 31 | Slovakiya | 65,5 |
| 32 | Küveyt | 65,4 |
| 33 | İsrail | 65,3 |
| 34 | Fransa | 64,7 |
| 35 | Kipr | 63,9 |
| 36 | Polşa | 63,9 |
| 37 | İrlandiya | 63,7 |
| 38 | Bolqarıstan | 62,7 |
| 39 | Sinqapur | 62,1 |
| 40 | İtaliya | 61,1 |
| 41 | Cənubi Koreya | 59,8 |
| 42 | Macarıstan | 57,2 |
| 43 | Rumıniya | 56,1 |
| 44 | Çin | 54,8 |
| 45 | Bosniya və Herseqovina | 53,5 |
| 46 | Puerto Riko | 51,4 |
| 47 | Malta | 50,1 |
| 48 | Yunanıstan | 50,1 |
| 49 | Ermənistan | 49,4 |
| 50 | Cənubi Afrika | 48,9 |
| — | Gürcüstan | 43,7 |
| — | Türkiyə | 43,0 |
| — | Azərbaycan | 33,5 |
| — | İran | 14,8 |
"AzPolitika.info"

Şərhlər