Nikol Paşinyan Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Qurgen Arsenyanı geri çağırmaq qərarına gəlib.
“AzPolitika” xəbər verir ki, bu barədə Ermənistanın "Joqovurd" qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumatda deyilir ki, Paşinyan səfirin diplomatik fəaliyyətindən narazıdır, çünki o, İrəvan və Moskva arasındakı münasibətlərdə gərginliyi azaltmağa kömək edə bilməyib. “Joqovurd”un mənbələri vurğulayıblar ki, Arsenyanı kimin əvəz edəcəyi hazırda məlum deyil, lakin onun geri çağırılması qərarı qətidir və dəyişdirilə bilməz.
Arsenyan 2024-cü ilin avqust ayında Vaqarşak Harutyunyanı əvəz edərək Rusiyaya səfir təyin edilib. Bundan əvvəl o, hakim "Vətəndaş Müqaviləsi" fraksiyasından parlament üzvü olub.
“AzPolitika.info”

Şərhlər