Dünyanın bəzi ölkələrində qızıl mərkəzi bank ehtiyatlarının mühüm hissəsini təşkil edir.
"AzPolitika" yeniavaz.com-a istinadla xəbər verir ki, qızılın ehtiyatlardakı ən yüksək payı Özbəkistanda qeydə alınıb.
Bu ölkənin 415,5 ton qızıl ehtiyatı var və mərkəzi bank ehtiyatlarının 88,3%-i qızıldan ibarətdir.
İkinci sırada ABŞ qərarlaşıb. ABŞ-nin 8 min 133 ton qızıl ehtiyatı var və ölkənin mərkəzi bank ehtiyatlarının 83,3%-i qızıldan təşkil edilib.
Qırğızıstanın 47,8 ton qızılı olsa da, ümumi ehtiyatlardakı payına görə dünyada üçüncü sırda yer alıb. Ölkənin Mərkəzi Bank ehtiyatlarında qızılın payı 81,1%-ə bərabərdir.
Növbəti sırada yer alan İtaliyanın 2 min 542 ton qızıl ehtiyatı var və bu, ümumi ehtiyatların 80,1%-ni təşkil edir.
Qazaxıstanda 353,6 ton qızıl ehtiyatı mövcuddur və qızılın ehtiyatlardakı payı 77,2%-dir. Bolqarıstan isə 41 ton qızıl ilə 66,3%-lik göstəriciyə malikdir.
Türkiyədə qızılın ehtiyatlardakı payı 61,7% (534,8 ton), Belarusda 49,4% (53,9 ton), Misirdə 38,2% (129,5 ton), Pakistanda 35,2% (64,8 ton), Qətərdə isə 30,4%-dir (115,2 ton).

Şərhlər