Rusiyanın Silahlı Qüvvələri Ukraynanın Krivoy Roq şəhərindəki ticarət mərkəzinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.
Bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja sosial şəbəkələrdə məlumat yayıb.
Qeyd olunub ki, zərbə nəticəsində yanğın baş verib. O əlavə edib ki, ərazidə xilasetmə əməliyyatına başlanılıb.
"Ticarət mərkəzi dağıdılıb. Yanğın baş verib", - Qanja qeyd edib.
Qanja həmçinin vurğulayıb ki, həlak olanların sayı dəqiqləşdirilir və arta bilər.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Krivoy Roqdakı ticarət mərkəzinə endirdiyi və nəticədə azı 5 nəfərin öldüyü zərbəni terror aktı adlandırıb.
"Report" xəbər verir ki, bu barədə Ukrayna lideri sosial şəbəkələrdə yazıb.
Zelenskinin sözlərinə görə, pilotsuz uçuş aparatları ilə ticarət mərkəzinə iki dəfə zərbə endirilib. İlk zərbədən və başlayan yanğından təxminən yarım saat sonra hadisə yerinə gələn xilasetmə xidmətlərinə təkrar zərbə endirilib.
"Belə zərbələr terror aktıdır və dünya bunlara müvafiq şəkildə reaksiya verməlidir", - Zelenski vurğulayıb.
Hazırda mövcud olan məlumata görə, 5 nəfər ölüb.
Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja isə bildirib ki, yaralananların sayı artaraq 91-ə çatıb. Onlardan 20 böyüyün və 1 uşağın vəziyyəti ağırdır.

Şərhlər