Menu

Azərbaycanla Ermənistan enerji idxal-ixracını müzakirə etdilər - Laçında görüş olub

25.08.2026, 15:17
Azərbaycanla Ermənistan enerji idxal-ixracını müzakirə etdilər - Laçında görüş olub

Laçın şəhərində Azərbaycanın Energetika Nazirliyinin və "Azərenerji" ASC-nin, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və "Elektrik Enerjisi Sisteminin Operatoru" şirkətinin nümayəndələrinin işgüzar görüşü keçirilib.

"AzPolitika" xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə tərəflər iki ölkə arasında elektrik enerjisinin idxalı və ixracı imkanlarını, eləcə də bu məqsədlə iki ölkənin enerji infrastrukturlarının dövlət sərhədində əlaqələndirilməsinin mümkün variantlarını müzakirə ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol