Menu

Rüfət Əzizovdan yeni təyinat

25.08.2026, 20:45
Rüfət Əzizovdan yeni təyinat

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yeni təyinat olub.

"AzPolitika" Qaynarinfo-ya istinadla xəbər verir ki, ADNSU-nun rektoru Rüfət Əzizovun müvafiq əmri ilə Əli Əlizadə “SABAH.city” mərkəzinin direktoru təyin edilib.

Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu, kimya üzrə fəlsəfə doktoru olan Əli Əlizadə 2022-ci ildən ADNSU-da akademik və elmi fəaliyyət göstərir.

O, son təyinatadək universitetin Elm departamentinin direktoru vəzifəsində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol