“Qarabağ” braziliyalı müdafiəçi Dani Boltla yollarını ayırıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Ağdam təmsilçisi rəsmi açıqlama yayıb.

2025-ci ilin yayında “Qarabağ”a transfer olunan futbolçu bu müddətdə 43 oyunda meydana çıxıb və 1 qol vurub.

Klub Dani Bolta göstərdiyi peşəkarlığa və komandanın uğurlarına verdiyi töhfəyə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.