“Sabah” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
"AzPolitika" xəbər verir ki, bu haqda Rusiyanın “Sport-Ekspress” nəşri məlumat yayıb.
Qeyd edilib ki, Bakı təmsilçisi “Zenit”in yarımmüdafiəçisi Du Keyrosu icarəyə götürür. 26 yaşlı braziliyalı futbolçu ötən mövsümü icarə əsasında “Orenburq”da keçirib. O, bütün turnirlərdə 29 matça çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
Du Keyrosun transfer hüquqları “Zenit”ə məxsusdur.
Xatırladaq ki, “Sabah” bu mövsüm Azərbaycanı Çempionlar Liqasının Liqa mərhələsində təmsil edəcək.

Şərhlər