Menu

655 karat brilyantı Bakıya gətirmək istədilər

03.09.2026, 12:24
655 karat brilyantı Bakıya gətirmək istədilər

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkar edilib.

"AzPolitika" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Şarja-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının iki vətəndaşı gömrük yoxlamasına cəlb edilib.

Gömrük baxışı zamanı həmin şəxslərin üzərində gömrük nəzarətindən gizlədilən və içərisində brilyant qaşlar olan bağlamalar aşkar edilib.

Ekspertizanın rəyinə əsasən, həmin brilyant qaşların ümumilikdə çəkisi 654.90 karatdır.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Eli 2026-09-03 12:37:41

Başa düşmürem axı bu briluantları bizim ölkeye getirirler buzden aparmırlar ki bu ne qayda qanundur axı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol