Menu

İrandan Azərbaycana PUA ilə narkotikin keçirilməsinin qarşısı alındı

08.09.2026, 12:39
İrandan Azərbaycana PUA ilə narkotikin keçirilməsinin qarşısı alındı

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində 38 kiloqram 778 qram narkotik vasitə və 7680 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkarlanıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, sərhəd dəstəsinin xidməti ərazisində saat 01:30-da İrandan Azərbaycana pilotsuz uçuş aparatı (PUA) vasitəsilə keçirilən 21 kiloqram 700 qram narkotik vasitə və 1000 ədəd psixotrop tərkibli Metadon M-40 həbi, saat 04:10-da isə paraplan vasitəsilə keçirilən 17 kiloqram 78 qram narkotik vasitə və 6680 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şərhlər