Menu

"Mançester Yunayted" - "Sabah" oyununu ona həvalə edildi

08.09.2026, 14:15
"Mançester Yunayted" - "Sabah" oyununu ona həvalə edildi

İngiltərədə "Mançester Yunayted" və "Sabah" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununu fransalı hakim idarə edəcək.

"AzPolitika" xəbər verir ki, qarşılaşmanın baş hakimi Villi Delajo olacaq.

FIFA referisinə həmyerliləri Ervan Finjean və Valentin Evrard kömək edəcək. Dördüncü hakim funksiyasını Matye Vernis yerinə yetirəcək. VAR-da Jerom Brizar, AVAR-da serbiyalı Momçilo Markoviç əyləşəcək.

Xatırladaq ki, qarşılaşma sentyabrın 10-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol