Menu

39 yaşlı qadın bıçaqlandı - Şübhəli qardaşıdır

09.09.2026, 09:34
39 yaşlı qadın bıçaqlandı - Şübhəli qardaşıdır

Samuxda 39 yaşlı qadın bıçaqlanıb.

“AzPolitika” xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü S. Abbasova və Daşkəsən rayon sakini 1993-cü il təvəllüdlü Elşən Əsgərov qarının kəsici-deşici yarası ilə xəstəxanaya yerləşdirilib.

Qadına tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.

İlkin məlumata görə, hadisəni törətməkdə S.Abbasovanın qardaşı şübhəli bilinir.

Faktla bağlı Samux rayon Polis İdarəsi tərəfindən araşdırma başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol