Menu

Azərbaycanda muzdla çalışan işçilərin sayı artıb

10.09.2026, 10:25
Azərbaycanda muzdla çalışan işçilərin sayı artıb

Bu il avqustun 1-nə Azərbaycanda muzdla çalışan işçilərin sayı ötən il avqustun 1-i ilə müqayisədə 0,7 % çox - 1 milyon 781,1 min nəfər olub.

"AzPolitika" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, onlardan 836,9 min nəfəri dövlət sektorunda (2,5 % az), 944,2 min nəfəri isə qeyri-dövlət sektorunda (3,7 % çox) fəaliyyət göstərib.

Muzdla çalışan işçilərin 18,9 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 17,5 %-i təhsil, 13,9 %-i sənaye, 8,6 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 %-i tikinti, 6,1 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,9 %-i peşə, elmi və texniki fəaliyyət, 2,5 %-i maliyyə və sığorta fəaliyyəti, 2,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 5-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol