Menu

Bu hərbi zavodda bir ay ərzində ikinci partlayış baş verdi

12.09.2026, 10:42
Bu hərbi zavodda bir ay ərzində ikinci partlayış baş verdi

Bolqarıstanda "Emko" hərbi zavodunun anbarlarında yanğın və partlayışlar baş verib.

"AzPolitika" xəbər verir ki, bu barədə "Nova" telekanalı yerli administrasiyanın bəyanatına istinadən məlumat yayıb.

Hadisə sentyabrın 12-nə keçən gecə Tryavna şəhərinin yaxınlığında, Tsareva-Livada kəndində baş verib. Kanalın məlumatına görə, xəsarət alan yoxdur, anbarların mühafizə heyəti təxliyə edilib. Əhalinin həyatı üçün heç bir təhlükə yaranmayıb.

İnsidentlə əlaqədar Bolqarıstanda fövqəladə hallar üzrə milli xəbərdarlıq sistemi aktivləşdirilib. Bu, hərbi zavodda bir ay ərzində baş verən ikinci partlayışdır. Birinci partlayış avqustun 10-da Tryavna yaxınlığındakı Belitsa kəndində baş verib. İlkin məlumata görə, yük maşını yanıb, həmçinin sursat anbarlarından birində yanğın baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol