Rusiya qoşunları Kiyev-Nikolayev marşrutu üzrə hərəkət edən sərnişin qatarına hücum edib.
“AzPolitika” xəbər verir ki, hücumla bağlı sosial mediada görüntülər yayımlanıb.
"Ukrzaliznitsa"nın İdarə Heyətinin sədri Aleksandr Pertsovskinin sözlərinə görə, qatardakı sərnişinlər vaxtında təxliyə edilib.
"Düşmən sərnişin qatarlarına terror hücumunu davam etdirir. Onlar 122 nömrəli Kiyev-Nikolayev qatarını hədəfə alıblar" - deyə o bildirib.
Pertsovskinin sözlərinə görə, hazırda sərnişinlərin təyinat yerinə çatmasını təmin etmək üçün Nikolayevə avtobus transferi təşkil olunur.
Qeyd edək ki, bundan öncə, sentyabrın 13-də Ukrayna - Polşa sərhədində Rusiya daha bir sərnişin qatarına zərbə endirmişdi.
“AzPolitika.info”


Şərhlər