Menu

ABŞ Çinlə danışıqları son dərəcə uğurlu adlandırıb

21.09.2026, 08:07
ABŞ Çinlə danışıqları son dərəcə uğurlu adlandırıb

ABŞ və Çin arasında ticarət və süni intellekt məsələləri üzrə son dərəcə uğurlu danışıqlar keçirilib.

 Bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent məlumat verib.

“Biz indicə çinlilərlə ticarət və Sİ məsələləri üzrə çox uğurlu danışıqlar apardıq. Pekində dayandığımız yerdən davam etdik. Orada Ticarət Şurasını yaratmış və Sİ-ni müzakirə etməyə başlamışdıq. Bu axşam isə bu mövzular praktiki müstəviyə keçdi”, - Bessent jurnalistlərə bildirib.

Bessentin sözlərinə görə, tərəflər Sİ sahəsində əməkdaşlıq mexanizminin yaradılmasını müzakirə ediblər. Onun sözlərinə görə, bu mexanizm “ABŞ-Çin Sİ dialoqu” adlandırılacaq.

“ABŞ iki ölkə arasında məlumatlandırma mexanizminin yaradılmasını təklif edib. Biz həmçinin məqsədlər və təhdidlərə dair ümumi baxış formalaşdırmaq istəyirik”, - nazir deyib.

Bessent onu da bildirib ki, məlumatlandırma mexanizmi Sİ ilə bağlı milli təhlükəsizlik səviyyəsində mümkün insidentlər və təhdidlər barədə qarşılıqlı məlumat mübadiləsini nəzərdə tutur./APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol