Rusiya Prezidenti və bütün xalq qələbəyə qədər müharibə aparmağa hazırdır.
“AzPolitika” xəbər verir ki, belə bir açıqalma ilə Kremlə yaxın filosof sayılan Aleksandr Duqin çıxış edib.
Duqin iddia edir ki, Rusiya xalqı müharibəni sona qədər davam etdirməyə hazır olsa da, Rusiya eliatası bunun əleyhinədir və hətta bununla bağlı Vladimir Putinə təzyiq edir.
"Liderimiz və bütün millət Qələbəyə qədər müharibə aparmağa hazırdır. Lakin elita - demək olar ki, bütünlüklə - onun üzərində qaranlıq bir kütlə kimi dayanır və deyir: “Bitir”. Lakin bu mümkün deyil. Qələbə olmadan heç cür. Bu o deməkdir ki, vəziyyəti onsuz da yaxşı olanlar üçün ağrılı olacaq islahatlar lazımdır. Onlar üçün bəlkə də yaxşıdır. Amma bizə Qələbə lazımdır. Rəis hər şeyi düzgün görür və düzgün əmrlər verir. Düzgün əmrlərin niyə düzgün hərəkətlərə və müvafiq nəticələrə gətirib çıxarmadığını isə araşdırmağa dəyər", - Duqin yazıb.
“AzPolitika.info”


Şərhlər