Menu

TRAMP QRENLANDİYANI “ALDI”... – Arktika savaşında yeni mərhələ

23.09.2026, 09:49
TRAMP QRENLANDİYANI “ALDI”... – Arktika savaşında yeni mərhələ

ABŞ, Danimarka və Qrenlandiya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 81-ci sessiyası çərçivəsində təhlükəsizliklə bağlı müqavilə imzaladı. Müqavilə Danimarka və Qrenlandiya parlamentlərində ratifikasiya edildikdən sonra qüvvəyə minəcək.

Razılaşma ABŞ-a ada üzərində yeni hərbi imkanları qazandırır, xüsusilə üç məqam bunu deməyə əsas verir.

1. ABŞ-nin yazılı razılığı olmadan NATO üzvü olmayan dövlətlərin adada hərbi bazalar qurması, qoşun yerləşdirməsi, həmçinin, strateji sektorlara investisiya yatırmasına icazə verilmir.

2. ABŞ Danimarka və Qrenlandiyanı məlumatlandırmadan adada əlavə hərbi obyektlər inşa etmək, hərbi mövcudluğunu genişləndirmək hüququna malikdir.

3. Qrenlandiya gələcəkdə müstəqil olsa belə, bu müqavilə üzrə götürdüyü öhdəliklər davam edəcək.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, razılaşma Vaşinqtona Qrenlandiyanın təhlükəsizliyi üzərində nəzarət imkanı yaradır. Əslində Vaşinqton Qrenlandiya iddiasını əvvəldən məhz təhlükəsizlik amilləri ilə əlaqələndirirdi və belə görünür ki, nəhayət buna nail oldu. ABŞ adada dərhal hərbi mövcudluğunu artırmağı, bununla yanaşı, adanın inkişafı və inşası işlərində yerli hökumətlə əməkdaşlıq etməyi planlaşdırır. Məlumatlara görə, Birləşmiş Ştatlar artıq əlavə iki hərbi baza açmağa hazırlaşır.

ABŞ dövlət katibi Marko Rubio isə müqaviləni tarixi nailiyyət adlandırıb və Qrenlandiyanın əbədi olaraq, Şimali Amerika strateji müdafiə zonasının bir hissəsinə çevrildiyini bəyan edib.

Müqavilə Kopenhagen və Nuukdan necə görünür?

Kopenhagen, Danimarka, Kopenhagen Turları, Kopenhagen onlayn səyahətləri,  Kopenhagen təyyarə bileti, Kopenhagen ucuz bilet, Kopenhagen hava limanı,  CPH, AVİABİLET, Kopenhagen Ekskursiyaları, Türk Hava Yolları, Azərbaycan  Hava Yolları, Azal

Danimarkanın baş naziri Mette Frederiksen sazişin “Krallığın suverenliyi və ərazi bütövlüyünü, eləcə də Qrenlandiya xalqının öz müqəddəratını təyin etmək hüququnu” tanıdığını bildirib. Əlavə edib ki, NATO, bütövlükdə Avropa üçün faydalı olan saziş Arktikada və Şimali Atlantika bölgəsində təhlükəsizliyi gücləndirir.

Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen də sazişin ada əhalisinin maraqlarına uyğun olduğunu deyib: “Razılaşma Qrenlandiya, Danimarka, ABŞ və Qərb alyansının təhlükəsizliyini təmin edir”.

Vaşinqton əslində nə qazanır?

Qrenlandiya üçün 1951-ci il müqaviləsi: Tramp haqlıdır

ABŞ-nin adada hərbi mövcudluğu hələ 1951-ci ildə imzalanmış “Qrenlandiyanın Müdafiəsi haqqında Müqavilə”yə əsasən (Defense Agreement) var. 2004-cü ildə “İqaliku Sazişi” ilə yenilənən bu müqavilə ABŞ-a adada geniş hərbi hüquqlar verir: bazalar inşa etmək, hərbi heyət saxlamaq, gəmi və təyyarələrin hərəkətinə nəzarət etmək və s.

“Soyuq müharibə” dövründə adada 17 ABŞ hərbi obyekti vardı, daha sonra bu say birə endirildi. Maraqlıdır, Qrenlandiyada hərbi kontingent saxlamaq hüququna malik olan ABŞ-yə yeni müqavilə niyə lazımdır?

Burada ABŞ üçün iki strateji istiqamət görünür.

Birincisi, yeni müqavilə Vaşinqtona adadakı hərbi fəaliyyətini Danimarka və Qrenlandiyaya məlumat vermədən həyata keçirmək hüququ var.

İkincisi, ABŞ istəmədiyi ölkənin adada hərbi mövcudluğu, eləcə də strateji sektorlara investisiya yatırmasına veto qoymaq hüququ qazanır.

1951-ci ildə imzalanan, 2004-cü ildə yenilənən “Defense Agreement”dən fərqli olaraq, yeni müqavilə Danimarka və Qrenlandiyanı təhlükəsizlik diversifikasiyasından məhrum edir, ABŞ-ni isə adanın alternativsiz gücünə çevirir. Eyni zamanda, adanın təbii sərvətlərinə çıxış Vaşinqtonun nəzarəti altına düşür.

Qrenlandiyanın ABŞ üçün strateji əhəmiyyəti nədir?

CROSSMEDIA - Qrenlandiya ABŞ üçün niyə vacibdir?

Ada zəngin təbii sərvətlərə malikdir: neodim və disprosium kimi nadir torpaq elementləri, litum, dəmir fizili, qurğuşun, sink, neft-qaz, qızıl, yaqut, qraffit, almaz yataqları var. Amerikalı geoloqların hesablamalarına görə, adanın karbohidrogen ehtiyatları 31 milyard barel ekvivalenti olaraq qiymətləndirilir.

Lakin məsələ təkcə təbii sərvətlərlə məhdudlaşmır. Qrenlandiyanın strateji mövqeyi ABŞ-nin adaya nəzarət planında xüsusi əhəmiyyətə malikdir.

Birincisi, Arktika dəniz yollarına nəzarətdir.

Qrenlandiya Şimal-Qərb keçidi (NWP) və Arktikanın mərkəzindən keçən Transpolyar Dəniz Yolunun (TSR) üzərində yerləşir. Kanada və Qrenlandiya arasından keçən, qərbə doğru uzanan NWP Panama kanalı ilə müqayisədə Avropa və Asiya arasındakı məsafəni qısaldır. Panama kanalının quraqlıq kimi ciddi problemlərlə üzləşməsi də Arktika marşrutunun əhəmiyyətini artırıb.

TSR marşrutu xüsusilə əhəmiyyətlidir, çünki bu yol Şimal Buzlu Okenanın açıq sularından keçir və bu, Rusiya və Kanadanın sahil nəzarətindən yayınmaq imkanı yaradır. Beynəlxalq sulardan keçən yoldan istifadə tranzit haqları, girişin məhdudlaşdırılması kimi çətinlikləri də aradan qaldırır.

Dəniz Yolu Daşımaları - ALS Global Transport

Hərçənd, Arktika tranzit zəncirində buzlaqların olması, infrastruktur problemləri, sığorta riskləri kimi çətinliklər var. Arktik Gəmi Trafik Məlumatları (ASTD) isə buzların əriməsi ilə yeni imkanlar yarandığını göstərir. Məlumata görə, buzların əriməsi nəticəsində Arktikada gəmilərin hərəkəti 2013-2023-cü illər ərzində 37 faiz artıb.

İkincisi, hərbi-strateji üstünlük imkanlarıdır.

Vaşinqton Qrenlandiyanı Rusiyanın, gələcəkdə isə Çinin Atlantik okeanında hərbi fəaliyyətlərini izləmək mərkəzi olaraq nəzərdən keçirir. Qrenlandiya, İslandiya və Böyük Britaniya arasındakı dəniz keçidlərinin (GUİK boşluğu) Rusiyanın Şimal Donanmasının Atlantik okeanına daxil olacağı əsas marşrut olması da adanın hərbi baxımdan strateji əhəmiyyətini ön plana çıxarır. ABŞ erkən xəbərdarlıq və raket izləmə sistemlərinin adada yerləşdirilməsini müdafiə strategiyasının kompenenti olaraq görür. Bununla yanaşı, ada peyklərin izlənilməsi, kosmik məlumatların əldə edilməsində əsas qovşaqlardan biri hesab olunur.

Tramp niyə Qrenlandiya üçün təkid edir? - Məsələnin kökündə Rusiya və Çin  amili var-TƏHLİL Yeni Sabah

Beləliklə, Qrenlandiya müqaviləsi ABŞ-a strateji üstünlüklər qazandırır.

- Arktika tranzit marşrutlarını nəzarətə götürə, xüsusilə Çinin “Qütb İpək Yolu” planının perspektivlərini azalda bilər.

- Müdafiə strategiyasında mümkün riskləri aradan qaldırır, Rusiyanın Arktikada hərbi fəaliyyətlərinə, həmçinin, Çinin mümkün genişlənmə siyasətinə qarşı mövqeyini gücləndirir.

- Monro doktrinasına əsaslanan “Qərb yarımkürəsinə hakim olmaq” ambisiyalarını praktiki müstəvidə inkişaf etdirir;

Müqavilənin həm də NATO daxilində mümkün parçalanma risklərini aradan qaldırdığını demək mümkündür. Çünki Trampın Qrenlandiyanın ABŞ-yə verilməsi tələbi ada ətrafında diplomatik böhran yaratmış, həmçinin, NATO-nun gələcəyinə dair şübhələr oyandırmışdı. Hətta ABŞ-ın ambisiyaları fonunda Danimarka da daxil olmaqla 8 Avropa ölkəsi adaya kiçik hərbi kontingent göndərdi və Tramp həmin ölkələri tariflərin artırılması ilə hədələdi. Bu, Qrenlandiya böhranının necə həll ediləcəyi, ümumiyyətlə NATO daxilində münasibətlər və Şimal Alyansının gələcəyi ilə bağlı suallar yaratmışdı. İmzalanan müqavilə bu sualları arxa plana keçirir.

Nəriman

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol