Menu

“Bu, qələbə ilə bitməyəcək” - “Enerji atəşkəsi yoxdur”

23.09.2026, 10:53
“Bu, qələbə ilə bitməyəcək” - “Enerji atəşkəsi yoxdur”

Ukraynadakı müharibə Rusiyanın qələbəsi ilə bitməyəcək.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, belə bir bəyanatla ABŞ Dövlət katibi Marko Rubio çıxış edib. 

Rubio “WABC” radiosuna verdiyi müsahibədə deyib ki, savaş hər iki tərəfə ağır zərbə vurur:"Bu müharibə hər iki tərəf üçün zərərlidir. Bu, açıq-aydın Ukrayna üçün zərəlidir və Rusiya üçün məhvedicidir. Yəni, onlar bu müharibədə uğur əldə etmirlər. Ona görə də bunu dayandırmaq tamamilə məntiqlidir. Amma təəssüf ki, xarici siyasətdə və bu kimi məsələlərdə məntiqli olan həmişə baş vermir. Bu, bir tərəfin digəri üzərində sarsıdıcı hərbi qələbəsi ilə bitməyəcək. Bu, danışıqlar yolu ilə əldə edilən razılaşma ilə bitəcək və bu nə qədər tez baş verərsə, bir o qədər az insan öləcək, bir o qədər az dağıntı olacaq".

ABŞ Dövlət katibi həmçinin bildirib ki, "hazırda Ukrayna ilə Rusiya arasında enerji atəşkəsi ilə bağlı heç bir razılaşma yoxdur".

Xatırladaq ki, bir gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda ABŞ Prezidenti Trampla danışıqlar aparıb. Görüşdə Ağ Ev rəhbəri Rusiya və Ukrayna arasında "razılaşma" şanslarından danışıb. "Dəqiq nə olacağını demək istəmirəm. Biz bunu çox müzakirə edirik, o cümlədən Prezident Putinlə", - deyə Tramp əlavə edib və müharibəyə son qoymaq üçün "vaxtın çatdığını" əlavə edib.

Zelenski öz növbəsində ABŞ-nin Rusiyaya enerji sahəsində atəşkəs təklifi təqdim edəcəyini açıqlayıb: "Əgər onlar bizim neft emalı zavodlarımıza və enerji sistemimizə hücum etməsələr, biz onların neft emalı zavodlarına və enerji sisteminə hücumları dayandırmağa hazırıq". O, həmçinin ABŞ-nin Rusiya ilə Ukrayna arasında danışıqlar aparmaq üçün bir yol tapacağına ümid etdiyini bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol