Menu

Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb – Nələr müzakirə olunub?

23.09.2026, 10:58
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb – Nələr müzakirə olunub?

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının Sessiyası çərçivəsində Ukraynanın Xarici işlər naziri Andriy Sibiha ilə görüşüb. Bu görüş ukraynalı nazirin ötən ay Kiyevə etdiyi səfər zamanı tutulan dialoqun davamı olub.

Müzakirələr zamanı Ukrayna XİN rəhbəri azərbaycanlı həmkarına cəbhə xəttindəki son vəziyyət və ölkəsinin hərtərəfli, davamlı sülhün əldə olunmasına yönəlmiş cari diplomatik səyləri barədə ətraflı məlumat verib.

Görüşdə tərəflər Azərbaycan və Ukrayna arasında ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində növbəti addımlara diqqət ayırıblar. Eyni zamanda, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübarizəsi aparılıb.

Xüsusilə, Azərbaycanın regional enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rol vurğulanıb və bu istiqamətdə müzakirələr aparılıb.

Görüşün yekunlarına dair açıqlama verən Ukrayna XİN rəhbəri Andriy Sibiha bildirib: "Dialoqumuzun müsbət dinamikasını qoruyub saxlamaq və sıx təmasda olmaq barədə razılığa gəldik”.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol