Menu

Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO

24.09.2026, 10:50
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO

Quba rayonunda torpaq sürüşməsi baş verib.

"AzPolitika" APA-ya istinadla xəbər verir ki, hadisə Rustov-Xanəgah avtomobil yolunun 7-ci kilometrliyində qeydə alınıb.

Sürüşmə nəticəsində yolun asfalt örtüyündə çatlar əmələ gəlib. Hazırda sürüşmənin baş verdiyi ərazidə avtomobillərin təhlükəsizliyinin təmin olunması məqsədilə xəbərdarlıqedici lentlər çəkilib.

Qeyd edək ki, sözügedən avtomobil yolu bir neçə dağ kəndini rayon mərkəzi ilə birləşdirir.

Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol