Menu

HƏRBÇİLƏRİN MAAŞ VƏ PENSİYALARI ARTIRILIR - VİDEO

24.09.2026, 20:41
HƏRBÇİLƏRİN MAAŞ VƏ PENSİYALARI ARTIRILIR - VİDEO

Azərbaycanda hərbçilərin maaş və pensiyalarının artırılması gözlənilir.

“AzPolitika” xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat yayıb.

O bildirib ki, Azərbaycan Ordusunun maaş və pensiyalarının qabaqcıl beynəlxalq sistemə uyğunlaşdırılması istiqamətində tədbirlər görülür:“Əldə etdiyim məlumata görə, bu sahədə yeni islahat paketi qapıdadır. Nəhayət, orduda əməkhaqqı sistemi beynəlxalq standartlara əsaslanacaq və vahid struktura malik olacaq. Maaşlar xidmətkeçmənin yeri, xüsusiyyətləri, şərtləri və ağırlığı nəzərə alınmaqla hesablanacaq.

Müdafiə Nazirliyinin hərbçilərinin maaşları orta hesabla 25%-ə yaxın və daha çox artır. Baza maaşı olan vəzifə maaşı rütbə maaşı ilə əvəzlənir, maaşlarda rütbə maaşının həcmi isə 70%-ə qaldırılır. Müdafiə Nazirliyinin hərbçilərinin pensiya təminatı mexanizmi də təkmilləşir və tam rəqəmsallaşdırılır.

Vətən müharibəsinin növbəti ildönümü ərəfəsində bu lap yerinə düşəcək”.

Şərhlər

Vətəndaş 2026-09-26 23:16:20

Vallah iki aydı gezen söhbətləri nəzərə alsaq babat qalxmalı idi. Söhbət gəzirdi ki hettda işe teze başlayan MAXE 1700 alacaq. Amma dünəndən bu günə geden söhbətlərə baxanda hansı ki 22.8 faiz sohbetine.. 100-200 arasında fərq edir. Pensiya da aşağı düşür.. kimler ki çıxdı onlar uddu. Qalanlar uduzdu.

Elmuraz 2026-09-25 12:51:03

heçnə artırılmır əksinə azaldacaqlar

Əlil maxe 2026-09-24 21:54:13

İnanan daşa dönsün

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol