Menu

Zakir Həsənov Qazaxıstan tərəfinə başsağlığı verib

24.09.2026, 14:51
Zakir Həsənov Qazaxıstan tərəfinə başsağlığı verib

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstan müdafiə naziri general-leytenant Dauren Kosanova başsağlığı ünvanlayıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Başsağlığında deyilir: "Xəzər dənizində təlimlər zamanı doqquz nəfər hərbi qulluqçunun dənizə düşərək həlak olması, bir nəfərin yaralanması, yeddi nəfərin itkin düşməsi barədə xəbər məni dərindən kədərləndirdi. Bədbəxt hadisə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralanan hərbi qulluqçuya isə tezliklə sağalması üçün şəfa diləyirəm. Axtarış-xilasetmə əməliyyatlarının müsbət nəticələr verəcəyi ümidindəyəm. Allah rəhmət eləsin".

Azərbaycan Xarici İşlər Nazirliyinin isə "X" sosial media hesabında Xəzər dənizində Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçirdiyi hərbi təlimlər zamanı insanların faciəvi şəkildə həlak olmasından dərin kədər hissi keçirirdiklərini qeyd edilib.

"Həlak olan hərbçilərin ailələrinə və yaxınlarına, eləcə də qardaş Qazaxıstan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Allah dünyasını dəyişənlərə əbədi rəhmət eləsin, onların ailələrinə bu ağır günlərdə güc və səbir versin. Hazırda itkin düşənlərin sağ-salamat xilas ediləcəyinə ümid edir, yaralanan hərbçiyə isə tezliklə şəfa diləyirik".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol