Menu

Rusiyanın Ermənistandakı 102-ci bazasının aqibəti necə olacaq? - MÜHÜM DETALLAR

25.09.2026, 11:22
Rusiyanın Ermənistandakı 102-ci bazasının aqibəti necə olacaq? - MÜHÜM DETALLAR

İrəvan-Moskva münasibətlərində son dövrlər artan gərginlik Rusiyanın Ermənistandakı hərbi mövcudluğu ilə bağlı sualları da gündəmə gətirir. Xüsusilə, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının gələcək taleyi diqqət mərkəzindədir. 

Bəs Ermənistan-Rusiya münasibətlərindəki dəyişikliklər bu bazanın fəaliyyətinə təsir göstərə bilərmi və İrəvanın onun gələcəyi ilə bağlı hansı addımları atması mümkündür?

Mövzu ilə bağlı "Azpolitika.info" ya açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Rusiya Cənubi Qafqazda təsirini qorumaq üçün Ermənistan faktorundan istifadə etməyə çalışır:

"Yaxın 18 ay ərzində regionda müəyyən siyasi proseslərin və dəyişikliklərin baş verməsi mümkündür. Bu proseslər fonunda Ermənistanla bağlı məsələlər də gündəmdə qala bilər. Gümrüdəki 102-ci hərbi bazanın Ermənistanda qalma müddəti 2044-cü ilə qədərdir. Hesab edirəm ki, qarşıdakı 18 il ərzində Rusiya hərbi bazasının Ermənistandan çıxacağı gözlənilmir. Bu müddət başa çatdıqdan sonra belə, bazanın Ermənistan ərazisini tərk edəcəyini düşünmürəm. Rusiya bunu Ermənistanın seçimi kimi təqdim etsə də, ortada real əməl yoxdur. Düşünürəm ki, Rusiya Cənubi Qafqazdakı təsirini saxlamaq üçün daim Ermənistan kartından istifadə edəcək. Bunun ən real yolu isə 102-ci hərbi bazanı Gümrüdə saxlamaqdır. Ona görə də, ən asan yolu qazanan Şimal qonşumuz bunu rahatlıqla əldən verə bilməz. Cənubi Qafqazda məsələ aydındır. Gürcüstan nümunəsi ortadadır. Ermənistan üzərindən isə Kreml daim Cənubi Qafqazda söz sahibi olduğunu göstərməyə çalışır. Azərbaycan isə tam müstəqil siyasi kurs yürüdür və regionda hər kəs bunu qəbul edir. Ona görə də, Rusiya hərbi bazası Ermənistanı tərk etməyəcək".

Günəş Fərəh

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol