Menu

Sumqayıtda hərbçi qəzada həlak oldu - Hadisənin təfərrüatı + VİDEO

25.09.2026, 12:15
Sumqayıtda hərbçi qəzada həlak oldu - Hadisənin təfərrüatı + VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub.

"AzPolitika" Baku TV-yə istinadla xəbər verir ki, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub.

Sakinlər hadisənin baş verdiyi ərazidə işıqlandırmanın olmadığını deyirlər.

Onların sözlərinə görə, yolun qaranlıq olması həm piyadalar, həm də sürücülər üçün təhlükə yaradır.

Daha ətraflı videomaterialda:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol