Menu

"Azərbaycan daxili bazarla məhdudlaşa bilməz"

25.09.2026, 13:12
"Azərbaycan daxili bazarla məhdudlaşa bilməz"

Azərbaycan yalnız daxili bazarla məhdudlaşan iqtisadi modelə üstünlük verə bilməz.

"AzPolitika" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib.

"Diqqət yetirməli olduğumuz əsas məsələlərdən biri uzunmüddətli maliyyələşməyə çıxışın və kapital bazarlarının inkişafının təmin edilməsidir. 2027-2030-cu illər bu baxımdan çox vacib dövr olacaq. Növbəti keyfiyyət mərhələsinə keçid üçün maliyyələşməyə çıxış imkanlarının genişləndirilməsi və maliyyə sektorunun fəallaşdırılması mühüm əhəmiyyət daşıyır. Bu sahələrdə regional tərəfdaşlıq son dərəcə vacibdir. Çünki bunun mühüm hissəsi ixracyönümlüdür", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, Orta Dəhliz bu baxımdan əsas istiqamətlərdən biridir.

"Orta Dəhliz təkcə malların daşınması və tranzit marşrutu deyil. O, həmçinin birgə emal mərkəzlərinin, maliyyə mərkəzlərinin yaradılması, regional maliyyə resursları üçün əlverişli mühitin formalaşdırılması və birgə investisiyaların həyata keçirilməsi baxımından əhəmiyyətlidir. Əslində, 2030-cu il üçün milli strategiyamızın əsas məqsədi də bundan ibarətdir. Hədəflərimiz çox aydındır və əsas fəaliyyət göstəriciləri müəyyən edilib. Biz bir-birimizə daha çox ehtiyac duyuruq. Çünki birlikdə daha böyük bazar və daha çox şaxələndirilmiş resurslar formalaşdıra bilərik.

Bu proses sərhədlərdə axınların rəqəmsallaşdırılmasından, məlumatların və yüklərin emalından, özəl sektorun inteqrasiyasından başlayaraq enerji təhlükəsizliyi, kritik mineralların emalı və digər strateji sahələrdə əməkdaşlığa qədər uzanır. Bunlar uyğunlaşdırmağa çalışdığımız ekosistemin əsas elementləridir", - deyə M.Cabbarov əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol