21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
"AzPolitika" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, millimiz Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. "Əlincə Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:45-də başlayacaq.
"CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq oyunu İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.


Şərhlər