Menu

Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi - Yeni təyinat

28.09.2026, 11:14
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi - Yeni təyinat

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “İmprotex Group”a daxil şirkətlərdən biri - “İmprotex İndustries” MMC-nin rəhbəri dəyişib.

"AzPolitika" Yurd.Media-ya istinadən xəbər verir ki, Ruslan Ələkbərov şirkətin qanuni təmsilçisi vəzifəsindən azad olunub. O, F.Ələkbərovun qardaşı Nizami Ələkbərovun oğludur. R.Ələkbərovun yerinə Anar Mustafayev təyin edilib.

A.Mustafayev bu təyinatadək şirkətlər qrupuna daxil “İmprotex Trucks and Buses” șirkətinin direktor müavini vəzifəsində çalışıb və hazırda paralel olaraq bu şirkətin də qanuni təmsilçisidir.

Xatırladaq ki, “İmprotex” şirkətlər qrupu 1991-ci ildə yaradılıb. Şirkətlər qrupuna “İmprotex Trucks & Buses”, “İmprotex Industries”, “İmprotex Motors” və “İmagro” kimi törəmə şirkətlər daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol