Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən "Milli Kibertəhlükəsizlik Agentliyi" publik hüquqi şəxsi tərəfindən açıq tender elan edilib.
"AzPolitika" oxu.az-a istinadla xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 6 milyon 25 min manat təşkil edir.
Satınalma çərçivəsində Təhlükəsizlik Əməliyyatları Mərkəzinin təkmilləşdirilməsi məqsədilə mövcud Təhdid kəşfiyyatı platformasının funksionallığının genişləndirilməsi üzrə əlavə lisenziyaların satın alınması nəzərdə tutulub.


Şərhlər