Menu

"Birliyin Gücü - 2026"da texnikalar nümayiş olundu

01.10.2026, 12:28
"Birliyin Gücü - 2026"da texnikalar nümayiş olundu

Azərbaycanda keçirilən "Birliyin Gücü - 2026" birgə hərbi təlimində hərbi texnikalar nümayiş olunub.

"AzPolitika" xəbər verir ki, media nümayəndələrinə silah və sursatların, eyni zamanda digər hərbi texnikaların xüsusiyyətləri barədə məlumat verilib.

Burada nümayiş olunan "T-90S" əsas döyüş tankı düşmənin tanklarını, özüyeriyən artilleriya qurğularını və digər zirehli texnikalarını məhv etmək üçün istifadə olunur.

VAŞAQ zirehli döyüş maşını çətin relyef və iqlim şəraitində yüksək keçid, eləcə də üstün manevr qabiliyyətinə malikdir. Bu texnika Azərbaycan istehsalıdır.

150 mm "SPİKE-ER" özüyeriyən tank əleyhinə idarəolunan raket kompleksi gündüz, gecə və məhdudgörmə şəraitində termal nişangah vasitəsilə müasir tipli dinamik qoruyucu ilə təchiz edilmiş tank və zirehli texnikaları məhv etmək üçün təyin edilib.

Türkiyə istehsalı "Barkan" pilotsuz quru vasitəsi avtonom platforma kimi hazırlanmış və mini tankı xatırladan qabaqcıl süni intellekt imkanlarına malik hərbi kəşfiyyat, müşahidə və atəş dəstəyi robotudur.

35 mm yedəklənən qoşalüləli zenit topu helikopterlərə, pilotsuz uçuş aparatlarına və alçaq hündürlükdə uçan təyyarələrə qarşı müdafiə üçün istifadə edilir.

Türkiyə istehsalı "Kargu" Zərbə pilotsuz uçuş aparatı isə düşmənin yüngülzirehli hədəflərinə və canlı qüvvəsinə dəqiq zərbə endirmək üçün təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol