Menu

Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir - XİN

03.10.2026, 09:57
Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir - XİN

Azərbaycan qardaş türk dövlətləri ilə birlikdə Türk dünyasının birliyinin möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir.

"AzPolitika" xəbər verir ki, bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı "X" sosial media hesabındakı paylaşımında qeyd olunub.

"3 oktyabr – Türk Dövlətlərinin Əməkdaşlıq Günü kimi qeyd olunur. Naxçıvan Sazişi ilə əsası qoyulan Türk Dövlətləri Təşkilatı ortaq kök, dil, tarix və mədəni dəyərlərlə bir-birinə bağlı olan türk dövlətləri arasında həmrəyliyin və strateji tərəfdaşlığın rəmzidir. Azərbaycan qardaş türk dövlətləri ilə birlikdə Türk dünyasının birliyinin möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və ortaq gələcəyimizin daha da gücləndirilməsinə sadiqdir. Birliyimiz gücümüz, həmrəyliyimiz gələcəyimizdir!"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol