Menu

ABŞ hərbçisi casusluq şübhəsi ilə saxlanılıb - Rusiya kəşfiyyatına işləyib?

11.11.2026, 15:58
ABŞ hərbçisi casusluq şübhəsi ilə saxlanılıb - Rusiya kəşfiyyatına işləyib?

London polisinin anti-terror bölməsi Böyük Britaniyada ABŞ ordusunun hərbçisini saxlayıb. O, Rusiya ilə əlaqəli milli təhlükəsizlik qanunlarını pozmaqda şübhəli bilinir.

“AzPolitika” xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Qurumun açıqlamasına görə, 41 yaşlı yüksək rütbəli hərbçi çərşənbə axşamı Qloster şəhəri yaxınlığında saxlanılıb. Ona qarşı irəli sürülən şübhələr qorunan məlumatların əldə edilməsi və ya ifşa edilməsi, eləcə də xarici kəşfiyyat xidmətinə yardım göstərilməsi maddələri ilə tənzimlənir. İstintaq çərçivəsində Qlosterşir qraflığında iki ünvanda axtarışlar aparılır.

“BBC”nin məlumatına görə, saxlanılan hərbçi Qlosterşir qraflığındakı İnsvort yaşayış məntəqəsində yerləşən "İmçin" hərbi bazasına təhkim olunub. Həmin obyektin ərazisində NATO-nun Çevik Reaksiya Korpusunun qərargahı yerləşir. London polisindən bildirilib ki, britaniyalı müstəntiqlər bu istintaq çərçivəsində ABŞ tərəfi, xüsusən də FTB ilə sıx əməkdaşlıq ediblər. 

FTB rəhbəri Keş Patel həyata keçirilən həbsi casusluq ittihamları ilə bağlı "mühüm qərar" adlandırıb: “Bu istintaq davam edərkən açıq şəkildə bildirmək istəyirəm ki, FTB Birləşmiş Ştatlara verdiyi anda-andını pozan və hərəkətləri ilə milli təhlükəsizliyimizi, həmçinin tərəfdaşlarımızın təhlükəsizliyini təhlükə altına atan heç kimə dözməyəcək”.

Hərbçinin adı hələlik açıqlanmır. O, hazırda London polis bölmələrindən birində saxlanılır.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol