Menu

Şuşada Qasım bəy Zakir və Mirzə Ələsgər Növrəsin məzarları tapıldı - FOTO/VİDEO

11.11.2026, 16:07
Şuşada Qasım bəy Zakir və Mirzə Ələsgər Növrəsin məzarları tapıldı - FOTO/VİDEO

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Qasım bəy Zakir və Mirzə Ələsgər Növrəsin Şuşa şəhərindəki məzarları tapılıb.

"AzPolitika" Oxu.Az-a istinadla xəbər verir ki, 1784-cü ildə Şuşada doğulan Qasım bəy Zakir, 1857-ci ildə Şuşada vəfat edib və Mirzə Həsən qəbiristanlığında dəfn edilib.

1984-cü ildə şairin məzarı üzərində qəbirüstü abidə ucaldılıb. Şuşa şəhərinin işğalından sonra abidə və məzar dağıdılıb.

Mirzə Ələsgər Növrəs isə 1839-cu ildə Şuşada anadan olub, 1912-ci ildə doğma şəhərində vəfat edib. Tanınmış Azərbaycan şairi, Mirzə Həsən qəbiristanlığında, Qasım bəy Zakirin məzarının yaxınlığında dəfn olunub.

Görüntüləri təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol