"Krım körpüsünə endirilən zərbələrdən sonra danışıqlar aparmayacağıq".
“AzPolitika” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çində keçirdiyi görüşlərdən sonra jurnalistlərə açıqlamasında deyib.
Putin jurnalistlərə bildirib ki, Rusiya Krım körpüsünə endirilən zərbələrə cavab verəcək və cavab "Kiyev rejimi"nin etdiklərindən daha "ağrılı" olacaq.
O, körpünü "tamamilə mülki obyekt" adlandırıb və Qara dənizdə tankerlərə endirilən zərbələrdən sonra Rusiyanın "eyni şəkildə hərəkət etməyə başladığını" bildirib.
O qeyd edib ki, "bütün tərəflər dənizdə atəşkəs" və ya enerji sektoruna hücumlara son qoyulması barədə razılığa gəlməyi tələb edirlər.
"Ümid edirdik ki, bəlkə də nəsə barədə razılığa gələ bilərik, amma Krım körpüsünə endirilən zərbələrdən sonra danışıqlar aparmayacağıq. Bu zərbələrə cavab verəcəyik və istəyirəm ki, bunu hamı bilsin", - Putin deyib.
“AzPolitika.info”


Şərhlər