Azərbaycan 2014-cü ildə 18,4 milyard ABŞ dolları məbləğində xam neft ixrac edib.
“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2013-cü illə müqayisədə xam neft ixracı məbləğ baxımından 9% və ya 1,84 milyard dollar azalıb. Azərbaycan 2013-cü ildə 20,24 milyard dollarlıq xam neft ixrac etmişdi.
Ötən il Azərbaycanın ixrac etdiyi neft məhsullarının məbləği 13%-ə yaxın artaraq 1,36 milyard dollar təşkil edib.
İXRAC 1,2 MİLYON TON AZALIB
Sayğac göstəricilərinə görə, Azərbaycandan ötən il 33 milyon ton xam neft ixrac olunub. 2013-cü ildə xam neft ixracı 34,2 milyon ton təşkil etmişdi.
HASİLAT DA 1,2 MİLYON TON AZALIB
Dövlət Statistika Komitəsinin bu gün açıqladığı məlumata görə, 2014-cü ildə Azərbaycanda 41,9 milyon ton neft və qaz-kondensat hasil edilib. Bu göstərici 2013-cü ildə 43,1 milyon ton olub. Yəni, hasilat 1,2 milyon ton və 2,9% azalıb.
Qeyd edək ki, Azərbaycanın xam neft ixracından gəlirlərinin azalmasının səbəbi ixracın həcminin azalması və dünya bazarlarında neftin qiymətinin aşağı düşməsidir


Şərhlər