Menu

"İnternet-döyüşçülər" hazırlanacaq

02.02.2015, 13:21
"İnternet-döyüşçülər" hazırlanacaq

77-ci briqadanın "döyüşçülər"inə kütləvi şüura təsir etməyi öyrədəcəklər

Britaniya hakimiyyəti "Facebook", "Twitter" kimi sosial şəbəkələrdə işləmək üçün ordular yaratmağı planlaşdırır.

ANS PRESS-in məlumatına görə, bu "döyüşçülər"ə kütləvi şüura təsir etməyi öyrədəcəklər. 77-ci briqada Berkşir qraflığında yerləşəcək və 1,5 min hərbçidən ibarət olacaq. Bu hərbçilər "ölümcül olmayan" əməliyyatlar keçirəcək, sosial şəbəkələrdə yayılan xəbərlərə nəzarət edəcəklər. Virtual ordu 2015-ci ilin aprelindən etibarən fəaliyyətə başlayacaq. Britaniyada belə ordunun yaradılması Ukraynadakı son hadisələrlə, həmçinin İŞİD-in fəaliyyəti ilə əlaqələndirilir.

Qeyd edək ki, İsrail və Amerika artıq bu tərz psixoloji əməliyyatlar həyata keçirirlər. Bəzi dövlətlərin isə qeyri-rəsmi "internet-qoşunlar"ı var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol