"Google" şirkəti "YouTube" videoxidmətində "Adobe Flash"ı videoyazıların standart əks üsulu qismində HTML5-ə dəyişib. SalamNews-un "hi-news.ru"ya istinadla verdiyi xəbərə görə, hədəf "Flash Player"dən imtinadır, belə ki, o, bəzi parametrlər baxımından müasir HTML5-dən geridə qalır.
Lakin pleyerin dəyişdirilməyi "YouTube"nin yeganə yeniliyi deyil; məşhur xidmət yeni funksiyanı sınaqdan keçirir. Bu funksiya sayəsində istifadəçi eyni videonu müxtəlif rakurslardan izləyə biləcək. Yəni videonu izləyərkən bir kameradan digərinə keçid edə biləcək.
İstifadəçilər bu funksiyadan konsert, idman oyunları, klip və hətta film izləyərkən istifadə edə biləcəklər.
Hazırda "YouTube"də bu funksiyanın tətbiq olunduğu videoyazı var. Həmin videonu bu keçiddən izləyə bilərsiniz.

Şərhlər