Menu

Polis dilənçilik edən 20 nəfəri paytaxtdan çıxarıb

07.02.2015, 16:25
Polis dilənçilik edən 20 nəfəri paytaxtdan çıxarıb

Polis avaralıq və dilənçiliklə məşğul olan 20 nəfəri paytaxtdan rayona göndərib.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 6-cı bölməsi və Post Patrul Xidməti Bölməsi əməkdaşları paytaxt ərazisində avara və dilənçiliklə məşğul olan 20 nəfəri müəyyən edərək barələrində inzibati qaydada protokol tərtib ediblər. Onlardan 5 nəfəri kişi, 8 nəfəri qadın, 7 nəfəri isə azyaşlıdır.

Daha sonra saxlanılanların qeydiyyada olduqları rayona göndərilməsi təmin edilib.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol