Azərbaycan tarixin müxtəlif dönəmlərində işğala, ilhaqa və sonda böyük dövlətlərin apardığı imperialist siasətin qurbanına çevrilərək parcalanmaya məruz qalan xalqlar sırasına daxil olan dövlətlərdəndir. Və bu gün fevralın 10-u tarixi çar Rusiyası və Qacarlar dövləti arasında bağlanan Türkmənçay müqaviləsi ilə etnolinqvistik bir toplum olan Azərbaycan xalqının parçalandığı, tarixi ərazilərinin fars və rus dövləti arasında bölüşdürüldüyü gündür.
Bir çox dövlətlər tarixin verdiyi fürsətdən yararlanaraq yenidən vahid dövlət halında birləşmək haqlarına yiyələnsə də, vahid Azərbaycan dövlətinin yaranmasından canına üşütmə düşən dövlətlər, özəlliklə Yaxın Şərqdə və Cənubi Qafqaz bölgəsində imperialist maraqları üst-üstə düşən Rusiya, Böyük Britaniya, Fransa kimi nəhəng dövlətlər Azərbaycana öz tarixi ərazilərində vahid dövlət qurmaq imkanını vermədilər. Vahid coğrafi əraziyə, vahid dilə, qədim soydaşlığa söykənən və bu gün güney və qüzey Azərbaycan deyə birləşmə harayını çəkdiyimiz bir xalq iki yerə parçalanaraq, yarısı fars-pəhləvi–molla rejiminin, yarısı çar və sonradan bölşevik Rusiyasının təbəəliyini qəbul etməyə zorlandı.
İki yüz ilə qədər Rusiya müstəmləkəsinin əsarətində qalan qüzey Azərbaycan böyük ərazi itkiləri, soyqırımlar, qanlı fəlakətlər heasabına başa gəlsə də sonda öz müstəqilliyini əldə edə bildi. Lakin güney Azərbaycanda yaşayan soydaşlarımız nəinki dövlət qurma haqlarını, eləcə də tərkibinə qatılıdğı İran dövləti ərazisində insan kimi yaşamaq, öz dilində təhsil almaq, mədəniyyətini, soyunu yaşatmaq kimi doğal haqlardan da məhrum edildi.
Türkmənçay müqaviləsinin hər bəndinə nəzər saldıqca o taylı bu taylı Azərbaycanın başına gətirilən bəlaların məhz həmin tarixdən qaynaqlandığının şahidi oluruq. Məhz Gülüstan sazişinin daha amansız formada davamı olan həmin müqavilənin şərtləri min ildən artıq İran dövlətinin başında duran türk soyunun dövlət qurma haqqının danılmasına, 30 milyondaqn çox güneyli soydaşlarımızın milli haqlar tanımayan fars rejiminin əsarətində qalmasına stimul vermişdir. Məhz həmin müqavilənin ağır şərtləri qüzey azərbaycanın 200 ilə qədər zaman kəsiyində Rusiyanın qaqnlı caynaqlarında boğulmasına, ayrı-ayrı dövrlərdə parçala hökm sür, köçürmə siyasətini yeridərək tarixi ərazilərimizi azğın ermənilərə peşkəş edilməsinə səbəb olmuşdur. Məhz bu gün ağrısını yaşadığımız Qarabağ problemi, yüz minlərlə soydaşımızın İrəvan ərazisindən deportasiya edilməsi, Borçalının, dərbəndin əldən verilməsi məhz o mənhus müqavilələrin ədalətsiz şərtlərindən irəli gəlmişdir.
Biz öz tariximizi dərindən öyrənmədikcə, başımıza gələn müsibətlərin səbəblərinin nədən qaynaqlandığını dəqiqləşdirmədikcə, dostun kim, düşmənin kim olduğunu aydınlaşdırmadıqca, tarixi səhflərimizdən ibrət götürmədikcə qlobbalşan, daha mürəkkəb sferaya daxil olan dünya siyasətinin içində əriməyə məhkum olaçağıq. Biz öz siyasətmizdə öğru, qaraçı, özgə torpaqlarına göz dikən ermənini göz önünə alıb onun arxasında duran, ərazilirəmizi işğala məruz qoyduran, lobbilərini gücləndirib üstümüzə saldıran Rusiyanın, Fransanın, İngiltərənin, ABŞ-ın məkrləri planlarını bir anlığa unutsaq daha böyük itkilərə, millətimiz haqqında daha böyük ədalətsiz hökmlərin çıxarımasına şahid olaçağıq.
Tarixi unutqanlıq millət üçün böyük fəlakətlərə yol açır. Məhz fars kimliyinin arxasında duran hiyləgər və qəsbkar niyyətləri unutmağımız yenidən sasani təfəkkürünnün başımız üstündə hakim ideologiyaya çevrilməsinə, məhz xristian təəssübünü bir an yaddan çıxarmayan rus siyasətinin son zərbəsi olan qanlı yanvar faciəsini unutmağımız Rusiyanın müstəqilliyimizə qənim kəsilməsinə, məhz tarixi ərazilərimizdə məskunlaşıb yox yerdən dövlət quran ermənilərin iyrənc və məkrli planlarını vecə almamağımız sonradan onların üstümüzə ayaq açmasına münbit şərait yaratmışdır.
Biz iki yüz il bundan əvvəl bağlanmış və bir xalqı iki yerə ayırmış Gülüstan və Türkmənçay müqavilələrinin şərtlərini dəyşdirmək gücündə deyiliksə, ən azı bu sazişlərin yekunu olaraq başımız üstündə at oynadan dövlətlərin çağımızda millətimizə qarşı yönələn təcavüskar niyyətlərini neytrallaşdıran siyasət izləməliyik. Maariflənmə, siyasi təbliğat o istiqamətdə getməlidir ki, hər bir azərbaycanlı bizi parçalayan bu müqavillərin hər bir bəndini bilməli, hər bir kəs erməni sevimlisi qraf Paskeviçi, Yermalovu, Gəncəni qətlima yetiriən Siyyanovu, türk soyuna, Azərbaycan varlığına həqarətlə baxan Rza pəhləvini, güney Azərbaycan soydaşlarımıza haq tanımayan, millətimizin qanına susayan, məhzəb davasını ümmətin fövqündə qoyan ayətulla-molla rejiminin qabaqda gedənlərini tanımalı və unutqan olmamalıdır.
Nurəddin İsmayıl


Şərhlər