ARDNŞ yüksək təzyiq polimerinin buraxılışı üçün yeni müəssisə yaradıb. Bu barədə şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, 100% ARDNŞ-yə məxsus şirkətin adı SOCAR Polimerdir. Nizamnamə kapitalı 51 mln amantdır. Gələcəkdə ARDNŞ səhmlərin 49%-i satmaq istəyir. "Müəssisəyə investisiyalar $485 mln-dur. Bunun 30%-i ARDNŞ təmin edəcək, qalan 70%-i yerli banklar və qiymətli kağız buraxılışı hesabına olacaq", - deyə Qasımov bildirib.
Zavod üçün xammal polipropilen və polietilen olacaq. Qatışıqlardan asılı olaraq müxtəlif məhsullar əldə etmək olar.

Şərhlər