“Bakıdakı danışıqlarda əsas müzakirə mövzularından biri Qarabağ məsələsinin həllinin tezləşdirilməsi ilə bağlı olub. Azərbaycan üçün daha çox şimal tərəfdən olan təhlükələrdən danışılması da mümkündür. İlham Əliyev dəfələrlə ad çəkmədən vurğulayıb ki, belə bir təhlükələr var. Ona görə də bu nöqteyi-nəzərdən Azərbaycanın təhlükəsizliyinin təmin olunması üçün müzakirələrin aparıldığı istisna deyil”.

Əlbəttə, siyasi islahatlar ilk növbədə demokratik sistemin qurulmasından, insan haqlarına hörmətdən, mülkiyyətin toxunulmazlığından, qanunun aliliyi, məhkəmə, media azadlığından keçir. Yəni bu komponentlər olmadan azad, normal, sağlam iqtisadiyyatın qurulması mümkün deyil”. Ekspert deyir ki, Amerika ilə gərginlik daha çox Azərbaycanda süni şəkildə yaradılmışdı: “İndi də Azərbaycan rəsmiləri ardıcıl şəkildə bildirirlər ki, heç bir gərginlik mövcud deyil, bu gərginliyin arxasında erməni lobbisi dayanıb. Amma fakt odur ki, rəsmi Bakı Amerika ilə münasibətlərdə problem olmadığını bəyan edir”.
Amerikalı diplomatın Bakı səfərindən sonra Tiflis və İrəvana səfər etməsi hansı anlamı daşıyır? Bu, Cənubi Qafqazla bağlı Vaşinqtonun hansısa ortaq layihəsinin anonsudur, yoxsa başqa məram-məqsəd var? M.Əliyev: “İş ondadır ki, regionlarda ən ciddi problem yaradan tərəf Rusiya idi. Məsələn, Ermənistanın assosiativ sazişi imzalamaqdan imtina etməsi və Avrasiya Birliyinə girməsi prosesə açıq şəkildə Rusiyanın təzyiqinin olduğunu göstərdi. O cümlədən Moskva Azərbaycan və Gürcüstana da təzyiq edir, ancaq hər ölkəyə özünəməxsus şəkildə. Ona görə də Rusiyanın zəifləyib indiki vəziyyətə düşməsi postsovet ölkələrində daha sərbəst islahatların aparılmasına və daha qərbyönümlü siyasətə zəmin yaradır. Ona görə də amerikanlar bundan istifadə edib Azərbaycanda və digər ölkələrdə avropayönümlü, qərbyönümlü islahatların aparılmasını tələsdirəcəklər. Azərbaycan tərəfi də artıq situasiyanı başa düşür və partiyalarla başlayan dialoq da bunu təsdiqləyir”.

Politoloq hesab edir ki, daha çox önəmli olan da ilk açıqlama “ABŞ Azərbaycanda ”rəngli inqilab" həyata keçirmək istəmir" fikirləri idi: “Prezident İlham Əliyevin mövqeləri hələ ki güclüdür. İlham Əliyevin mövqelərini zəiflədəcək alternativ qüvvə isə zəifdir. Ona görə də Vaşinqton indiki məqamda məhz güclü ilə əməkdaşlıq variantını seçdi. İkinci önəmli açıqlama ”ABŞ-la Azərbaycan arasında enerji əməkdaşlığı yüksək səviyyədədir" fikirləridir. İlham Əliyevin Avropanı alternativ qazla təmin etmək siyasəti Vaşinqtonun xoşuna gəlib. TAP və TANAP layihələrini irəli sürən İlham Əliyev faktiki təşəbbüsü ələ alıb. Cənubi Qaz Dəhlizi Rusiya qazına alternativ olacaq yeganə real layihədir və bu layihənin hərəkətverici qüvvəsi İlham Əliyevdir. Təsadüfi deyil ki, fevralın 12-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının təsis konfransına Dövlət Departamentinin rəsmisi də gəlmişdi. Halbuki rəsmi Bakı bu tədbirə xüsusi olaraq ABŞ-dan kimsəni dəvət etməmişdi. Ancaq Vaşinqtonun bu layihəyə böyük marağı olduğundan Bakıdakı tədbirdə iştiraka qərar verdilər. Yaxın illərdə məhz enerji əməkdaşlığı ABŞ-Azərbaycan münasibətlərinin əsasını təşkil edəcək. Vaşinqtonun Azərbaycana göndərdiyi səfir Robert Sekuta da Dövlət Departamentində energetika sahəsinə cavabdeh idi".
E.Şahinoğlu hesab edir ki, Vaşinqtonun iki azərbaycanlı girovu azad etməsinə yönəlik fəaliyyəti Azərbaycan hakimiyyətində və cəmiyyətində müsbət reaksiyaya səbəb olub: “Əgər Vaşinqton həmin iki azərbaycanlının azadlığa çıxmasına nail olarsa, bu, Azərbaycan-ABŞ münasibətlərini daha da möhkəmləndirəcək. Bütün hallarda ABŞ-Azərbaycan münasibətlərində yeni dövr başlayır. Vaşinqton əvvəlki illərdə olduğu kimi insan haqları və demokratiya məsələlərində rəsmi Bakı qarşısında sərt tələblər qoymayacaq.
Əlbəttə, Vaşinqton ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən bütün qeyri-hökumət təşkilatlarının, o cümlədən AzadlıqRadiosunun yenidən fəaliyyətə başlamasında maraqlıdır. Ancaq bu baş verməyəcəksə, buna görə Dövlət Departamenti rəsmi Bakı ilə münasibətləri gərginləşdirməyəcək. Vaşinqton üçün hazırda önəmli olan Azərbaycanı Rusiyanın orbitinə daxil olmaqdan yayındırmaqdır".
E.Şahinoğlu deyir ki, Azərbaycan hakimiyyətinin özü də Rusiyadan ehtiyat edir: “Ona görə də indiki zamanda rəsmi Bakının Vaşinqtonun dəstəyinə ehtiyacı var. Bu, rəsmi Bakının ”balanslaşdırılmış xarici siyasət" konsepsiyasına da uyğundur. İlham Əliyev təhlükəsizlik və enerji məsələlərində ABŞ-la əməkdaşlığın davam etdirilməsini istəyir. Buna görə də rəsmi Bakı ABŞ əleyhinə ritorikanı tədricən yumşaltmağa qərar verib. İlham Əliyevin Vaşinqtona rəsmi səfərə dəvət edilməsi də reallaşa bilər".(musavat.com)


Şərhlər