“Ukraynadakı müharibə rusiyalılar üçün televiziya ilə soyuducunun rəqabətinə çevrilib. Televiziya verlişləri rusların Ukraynadakı ”faşızmə” qarşı böyük tarixi mübarizə ruhunu yüksəltməyə çalışır. Ancaq onların soyuducuları bunun əksinə olaraq, qızışdırılan vətənpərvərlik əhval-ruhiyyəsini söndürür. Çünki ölkədəki bahalaşma nəticəsində soyuducuların içərisidəkilər getdikcə azalmağa başlayıb”. Bu fikirlər “Financial Times”ın “Qərb Rusiyaya “boş soyuducularla” qalib gələcək” başlıqlı məqaləsində yer alıb.
“AzPolitika.info”nun məlumatına görə, məqalədə daha sonra bildirilir: “Ukrayna ilə qarşıdurmada Moskvanın hərbi və diplomatik üstünlüklər əldə etməyə gücü çatır. Ancaq məsələyə digər mühüm aspektdən yanaşsaq, burada Rusiyanın mövqeyinin zəif olduğunu aydın görərik. Həm də bu mövqe zamanla getdikcə daha da zəifləyəcək.

Elə məhz buna görə də hər hansı bir ölkə ilə rəqəbət aparan zaman, onun güclü olduğu sahəyə deyil, məntiqi baxımdan daha zəif olduğu istiqamətə zərbə vurulmalıdır. Rusiyanın zəif həlqəsi isə onun iqtisadiyyatıdır.

Rusiyanın dünya maliyyə sistemi SVİFT-dən xaric olunması məsələsi barəsində çox danışılır. Ancaq sanksiya məsələsində ağır artileriya sayılan SVİFT-dən xaric edilmə planını həyata keçirməmişdən əvvəl digər vaistələrdən istifadə etmək də mümkündür.
Həmin məsələlərlə əlaqədar olaraq ABŞ-ın yüksək vəzifəli rəhbərlərindən biri maraqlı açıqlama ilə çıxış edib. O deyib ki, əgər biz sanksiyaları 10 ballıq şkala üzrə qiymətləndirsək, SVİFT-ə qadağa qoyulması 10-cu bal olaraq qiymətləndirilməlidir. “Ancaq biz həmin şklada hələlik yalnız iki və ya üç ballıq səviyyəyə qədər gəlmişık” deyə o bildirib. Yəni, Rusiyanın SVİFT-dən xaric olunması sonuncu addımdır. Buna qədər, Moskvanı diz çökdürmək üçün hələ xeyli sayda başqa sanksiya imkanları var.
Lakin Qərbin tətbiq edəcəyi yeni sanksiyalar sadə Rusiya vətəndaşlarına tərəf yönəlməməlidir. Odur ki, ilk növbədə ölkənin elitasına qarşı məhdudiyyətlər qoyulmalıdır. Rusiya elitasının Avropaya gəlmələri üçün viza rejimini xeyli məhdudlaşdırmalıdr. Eyni zamanda korrupsiya yolu ilə əldə edilmiş çirkli pulların yuyulmasına qarşı daha sərt formada mübarizə aparılmalıdır.

Vaqif
AzPolitika.info

Şərhlər